Bu ailələrə 224 manat verildi

Bu ailələrə 224 manat verildi
Sosial 674

Bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə bildirilib.

Sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.

Hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər