BŞİH: Yağışa görə təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti hotellərə yerləşdirilib
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir.
Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.
Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.
Bildirilib ki, hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Age...