BŞİH: Görədildəki su kanalı tullantılardan təmizlənib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılıb, kanalın sakinlər tərəfindən zibilləndiyi bildirilib. Məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.
"Qeyd edilməlidir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib. Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənib, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilib, ərazinin təmizliyinə cavabdeh olan yerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artırılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb".
Qalereya
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...