BQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib

BQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib
Sosial 1

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) müşayiəti ilə Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı və həyat yoldaşını Gorusda saxlayıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ” “Sputnik Armenia” məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.

Bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.

O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər