Bölgələrdə otel qiymətləri niyə bahadır? - 300-2000 AZN - VİDEO

Yay mövsümünün gəlişi ilə istirahət üçün bölgələrə üz tutanlar artır.
BAKU.WS xəbər verir ki, rayonlarda 3 və 4 ulduzlu otellərin olmaması, digər məkanların da bahalığı turistləri alternativ variantlar axtarmağa məcbur edir.
Mütəxəssislər bildirirlər ki, istirahət üçün bölgələrə üz tutan turistlər əsasən səhər gedib axşam geri dönüləcək istirahətə üstünlük verirlər. Qalmaq üçün rayonlara gedənlər isə daha çox otellərə, kirayə evlərə və kotec tipli istirahət mərkəzlərinə üz tuturlar. Biz də turistlərin istirahət üçün tez-tez üz tutduğu Qəbələ rayonundakı otel, kirayə ev və kotec qiymətləri ilə maraqlandıq. Qiymətlər arasında xeyli fərq olduğu ortaya çıxdı.
Otellər və Restoranlar Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Xəzər Tv"yə bildirib ki, ölkəmizdə otellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bunların sayı artsa, uyğun qiymətə məkan seçimi də geniş olacaq.
Assosiasiya sədrinin sözlərinə görə, qısamüddətli icarəyə verilən mənzillərin xərclərinin azlığına görə onları otellərdən daha ucuz qiymətə təklif etmək mümkün olur.
Samir Dübəndi deyib ki, regionlarda olan bəzi otel və digər yerləşmə vasitələrinin sahibləri beynəlxalq turizm saytlarından daha çox istifadə etməlidirlər. Çünki Azərbaycandakı məkanlara beynəlxalq saytlarda çox az rast gəlinir. Həmin saytlarda da qeydiyyat çoxalsa, bu, bölgələrdə olan və insanların tanımadığı daha ucuz məkanların üzə çıxması ilə nəticələnəcək.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...