BNA-nın təliminin acınacaqlı nəticəsi - 96 faiz sürücünün uğursuzluğu!
Bakı Nəqliyyat Agentliyi 2019-cu il ərzində “sürücü fəaliyyətinə” dair hesabat yayıb.
BAKU.WS xəbər verir ki, görülən işlərin infoqrafik təsviri Bakı Nəqliyyat Agentliyinin rəsmi “Facebook” səhifəsinə yerləşdirilib.
İnfoqrafikadan görülən işlər çərçivəsində 1066 sürücü BNA-nin təlimlərinə cəlb edildiyi əks olunub. Lakin qurumun rəsmi statistikasında da görünür ki, təlimlər elə də böyük effekt verməyib.
Əksinə, bu təlimlərdən sonra iştirak edən sürücülərin təxminən yarısı nəqliyyatda yol verdiyi qayda pozuntuları ilə cəzalandırılıb.
Belə ki, 1066 sürücüdən 235-i əyləc arxasında çəkdiyi siqaretə görə cəzalandırılıb.
Digər məyusedici göstəricilərdə isə sürücülərin yarısı barədə xüsusi protokol tətbiq edilib. Yəni 407 sürücü barədə protokol tətbiq edilib.
Təlimlərin xeyri isə təkcə 43 sürücüyə müsbət təsir edib.
Yəni görülən işlərin nəticəsi olaraq ancaq 43 sürücü qüsursuz xidmətə görə mükafatlandırılıb.
Yəni təlimlərin xeyri çox aşağı olub: təlim keçən sürücülərin 60%-i cəzalandırılıb və 4%-i mükafatlandırılıb. Statistikaya nəzər saldıqda görərik ki, keçirilən təlimlərin xeyri olmayıb. Çünki 96 faiz sürücü işlərində yenə də qüsura yol veriblər.
Ekspertlər də düşünürlər ki, hazırda yollarda qeyri-peşəkar sürücülər çoxdur və bu istiqamətdə çox iş görülməlidir.
Nəqliyyat eksperti Azər Allahverənov BAKU.WS-ə açıqlamasında bildirib hazırda ölkədə peşəkar sürücü çatışmazlığı problemi hökm sürür.
“Sürücülər yollarda zaman-zaman qayda pozuntusuna yol verirlər. Maşını idarə edərkən siqaret çəkən, çay içən, yemək yeyən sürücülər də var. Bu gün sərnişindaşıma xidmətini həyata keçirən şirkət rəhbərləri də sürücülərin davranışlarına diqqət yetirməlidirlər.
Onların peşəkarlarlıq qabiliyyətilə bağlı təlimlər mütəmadi keçirilməlidir. Hazırda peşəkar sürücülərin çatışmazlığı hökm sürür.
Hazırda “D” kateqoriyası olan sürücülər olsa da, onların çoxu ölkəyə gətirilən müasir avtobusların idarə edilməsində problemlər yaşayırlar”, - deyə Azər Allahverənov bildirib.
Ekspert deyir ki, hazırda müasir tipli avtobuslar yeni idarəetmə üsulunu tələb edir və bu tip sürücülərin hazırlanmasına ehtiyac var.
Oxşar xəbərlər
Bakıda avtobus sürücüləri üçün müsabiqə başladı
Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU...