Bakıda avtobus sürücüləri üçün müsabiqə başladı
18
yan
2019
16:20
Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumat verib.Verilən məlumata görə, Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.Vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);2. Tibbi arayış;3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;4. Şəxsiyyət vəsiqəsi.Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38BAKU.WSOxşar xəbərlər
Bu şəxslərin maaşı artdı
Bütün sahələrdə olduğu "BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.Bakı Nəqliyyat A...