Bit-birə basdığı deyilən məktəb dezinfeksiya olunub - FOTO
Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, sözügedən məktəbdə mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq dünən və bu gün ərzində təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb.
"Dezinfeksiya ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərin tədrisi üçün nəzərdə tutulan korpusu müvəqqəti olaraq əsas binaya köçürülmüşdür. Aidiyyəti sanitariya nəzarəti qurumu tərəfindən tədris müəssisəsinin dezinfeksiya işləri tamamlandıqdan sonra kiçik tədris korpusunun yeni tədris ilinə tam hazırlıqlı vəziyyətdə olması ilə bağlı sənəd təqdim olunacaqdır", - qurumdan bildirilib.
Qalereya
Oxşar xəbərlər
İçərişəhərin iqtisadi potensialı və bərpası - Rəqəmsallaşma və "ağıllı qoruq" modeli
Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin...