Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları tapılan şəhid Mübariz Şahmurov dəfn olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***11:30
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Mübariz Ağahüseyn oğlu Şahmurovla vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərasim Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin əmisi İsmayıl Şahmurov bildirib ki, Mübarizin qəlbində Vətən eşqi var idi:
"Mübarizin vətənpərvərliyi haqqında döyüş yoldaşları da danışırdılar. O, körpə uşaqlarını qoyaraq Vətən uğrunda döyüşdü və şəhid oldu".
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, M.Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda şəhid olub.
Qalereya
Oxşar xəbərlər
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə qəsəbəyə 20 ailə (71...