Birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi nəzərdə tutulur
Birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi nəzərdə tutulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddə görülən işlər barədə məlumat verərkən deyib.
Bildirildi ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.
Oxşar xəbərlər
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sent...