Bir sıra rayonlarda qar yağır – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.
O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.
"Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.
Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək".
Oxşar xəbərlər
DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qazaxa ezam olunmuş əməkdaşı...