Bir qrup şəxs mina axtarmaq üzrə kurslara cəlb olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edib.
ƏƏSMN-dən BAKU.WS-ə verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Qaya Safety Solutions” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb edilib.
Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər.
Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq.
Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...