Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan E...