Binəqədidə qəzalı bina: Sakinlər illərdir təhlükə altında yaşayırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yaşayan sakinlər illərdir qəzalı vəziyyətdə olan binada ömür sürürlər.
Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir cavab almayıblar.
"Sakinlərin bir qismi artıq binanı tərk edərək kirayədə yaşayır. İçəridə yaşaya-yaşaya bina uçub tökülür. İritonnajlı maşınlar yoldan keçəndə evlər silkələnir", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina xüsusi təyinatlı olduğu üçün onların bazasında deyil. Tikili Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur.
Bakı Şəhər İcra Hakimiyyəti isə binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciətin edildiyini vurğulayıb.
Sonuncular isə bundan məlumatlı olduqlarını və yaxın zamanda sakinlərlə söhbət aparılacağını bildiriblər.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...