Binəqədidə parklanma PROBLEMİ: "Hər dəfə bu yoldan istifadə edəndə çətinlik çəkirik" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi qəsəbəsinin Əcəmi Naxçıvani küçəsində səkidə parklanma yeri salınıb.
Piyadalar gediş-gəliş üçün avtomobil yoluna çıxmağa məcbur olurlar ki, bu da onların həyatını təhlükəyə atır.
"Hər dəfə bu yoldan istifadə edəndə çətinlik çəkirik, yolun hər iki tərəfi narahat vəziyyətdədir", "Parklanma yerinin olması yaxşıdır, amma insanları da düşünmək lazımdır - hər an qəza ola bilər, üstümüzə maşın gələ bilər ", - deyə sakinlər narazılıqlarını Baku TV-yə bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən ərazidə yaradılan parklanma məntəqəsində avtomobillər səkiyə paralel şəkildə saxlamalıdır.
Parklanma yerinə yaxınlaşan nəqliyyat vasitələri saxlama üsulunu göstərən müvafiq yol nişanları və nişanlama xətlərinə riayət etməlidirlər. Qeyd edək ki, saxlama üsulunu pozan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnir.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...