Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR
Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin sakinləri ərazidə sürü ilə gəzən itlərdən şikayətçidirlər.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, bu ərazidəki "Qaradağlı", "8 Mart", "Qoşabulaq" küçələrində sahibsiz itlər sürü ilə gəzdikləri üçün sakinlər narahatdırlar.
Yaxınlıqda 313 nömrəli tam orta məktəb yerləşdiyindən itlər məktəbin yaxınlığında da dolaşır.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemdən xəbərdardırlar və aidiyyəti qurumlarla əlaqə saxlayıblar. Müsbət cavab alınıb və problemin həlli üçün tədbirlər görüləcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bəzi bölgələrdə sentyabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xi...