Biləsuvarda baş həkim həm də direktor oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
Vüqar Qurbanov müvafiq əmri ilə Asif Rza oğlu Əhmədov 3 aylıq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Bundan əvvəl Asif Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. O, bu vəzifəsini də icra edəcək.
Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov ötən ayın 18-də vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...