Biləsuvar sakinləri qazilərini böyük coşqu ilə qarşılayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda Vətən Müharibəsinin qaziləri böyük çoşqu ilə qarşılanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın Ermənistanın işğal altındakı torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış Əlövsət Əsgərov bu gün xəstəxanadan evə buraxılıb. Onu yaxınları və rayon sakinləri böyük çoşqu ilə qarşılayıblar.
Eyni zamanda Biləsuvar şəhər sakini Qurban Vüqar oğlu Zəkizadə də bu gün evinə qayıdıb. O, həqiqi hərbi xidmətinin 1 il 3 ayına təsadüf edən Vətən Müharibəsində ilk gündən iştirak edib.
Tərtərdən başlayan döyüş yolu Ağdərə uğrunda döyüşlərdə davam edib. Artilleriya bölməsinin tərkibində öndə vuruşan Qurban düşmənin bir neçə zirehli texnikasını məhv edib. Ailənin yeganə oğlu olan Qurban döyüşlərdə ağır qəlpə yaraları, beyin zədəsi alıb.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...