Biləcəridə yol çöküb - FOTO
03
sen
2019
17:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Məlumatda deyilir ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu yolu rəngləyəcəklər
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Ya...