Saat 22:00-dan sonra bu yollardan keçəndə diqqətli olun

Saat 22:00-dan sonra bu yollardan keçəndə diqqətli olun
Sosial 502
Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, anoloji işlər Rəşid Behbudov küçəsində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.Gecə saatlarında həmçinin, Kövsər Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər

Bakıda bu yollarda sarı tor çəkilir – ÜNVAN

Bakıda bu yollarda sarı tor çəkilir – ÜNVAN

Bu yollarda xətlənmə işləri aparılır.Bu bərədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.Verilən...

1164 Sosial 13:30 17 aprel 2019

Son xəbərlər