Biləcəridə şəkər xəstələrinə insulin verilmir - TƏBİB-dən açıqlama - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda şəkər xəstələrinə dövlət tərəfindən verilən aylıq insulin ehtiyacının qarşılanmasında problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikada xəstələrə hər ay qaydalı şəkildə verilən 4 insulin artıq verilmir.
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxladıq. O, BAKU.WS -ə açıqlamasında hər bir xəstəyə 40 vahid və gün ərzində vaxtlı-vatında 2 tablet dərman verildiyini bildirib:
"Şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub və bu qərara uyğun olaraq təyin olunur.
Tibb müəssisələrinin əksəriyyətində müvafiq aparatlar və həmin cihazlar üçün striplər mövcuddur.
Şəkər dərmanları və insulinlər mərhələli şəkildə hər bir region üzrə bölügü ilə paylanılır.
Nazirlər Kabinetinin qərarına görə, bir xəstəyə 40 vahid və gün ərzində 2 tablet dərman verilir".
*** 10:08
Binəqədi rayonunda şəkər xəstələrinə dövlət tərəfindən verilən aylıq insulin ehtiyacının qarşılanmasında problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikada xəstələrə hər ay qaydalı şəkildə verilən 4 insulin artıq verilmir.
Bu barədə BAKU.WS-in qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, sözügedən poliklinikada fevral ayında insulun verilməsi prosesi həyata keçirilməyib.
TƏBİB-in xəstəxananı insulinlə təmin etmədiyi əsas gətirilərək dərmanların xəstələrə verilməsi dayandırılıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...