Biləcəridə qəza baş verən küçədə işləməyən işıqfor YENİSİ ilə ƏVƏZ EDİLİB

Sentyabrın 6-da Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən ərazidə olan bir neçə svetofor dirəyi yararsız vəziyyətə düşmüşdür.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama verib. Bildirilib ki, həmin svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yenisi ilə əvəz edilib. Svetoforların işə salınması üçün son texniki tamamlanma işləri görülür. İşlər başa çatdıqdan sonra svetoforlar yol hərəkəti iştirakçılarının istifadəsinə veriləcək.
Şahanə Xankişiyeva
***09:50
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qəza baş verən ərazidə yerləşən işıqfor 3 gündür ki, işləmir.
BAKU.WS-in "qaynar xətt"inə müraciət edən sakinlərin sözlərinə görə, bu səbəbdən səhər və axşam saatlarında küçədə ciddi problemlər, tıxac və təhlükəli vəziyyət yaranır:
"Səhər-axşam vəziyyət dəhşətli olur", - şikayətçi bildirir.
Məlumata görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi işıqforun bərpası üçün müəyyən işlərin aparıldığını bildirib və qurğunun hələ bir neçə gün işləməyəcəyini açıqlayıb.

Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda müəllimlər nə qədər maaş alır? - RƏSMİ CAVAB
Bakıda müəllimlərin orta aylıq maaşı mövzusu cəmiyyətin daim maraq göstərdiyi məsələlərdən biridir. BAKU.WS xəbər verir ki, təhsil işçilərinin əməkhaqqı yalnız...
