Biləcəri sakinlərinin nəzərinə
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan BAKU.WS-ə verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.
Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bugünkü iməcilikdə Bakının 556 küçəsi yuyuldu
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyət...