Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sabirabad rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.
Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Sabirabadda 10 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 694,4 min manat vəsait xərcləyək.
Artıq qurum bununla bağlı Şahin Sərdar oğlu Quliyevlə müqavilə bağlayıb.
Oxşar xəbərlər
Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələ...