Bəzi sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəlirinin hesablanması qaydası müəyyən edilib
Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası"nda dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2 misli miqdarında hesablanacaq.
Oxşar xəbərlər
Müavinət və təqaüd alanlara SEVİNDİRİCİ XƏBƏR - Nazirlik rəqəmləri AÇIQLADI
Sosial ödənişlərdə davamlı artım sosial müavinət və təqaüdləri də əhatə edir. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalin...