Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.
Oxşar xəbərlər
Leysan yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərin...