Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Bunu BAKU.WS-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndindən, Goranboy rayonu ərazisində Gorançaydan sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.
Oxşar xəbərlər
Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB
Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hidrometeoroloji...