Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər
Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün y...