Bəzi rayonlara leysan yağıb, Girdimançaydan sel keçib – FAKTİKİ HAVA
Bir sıra rayonlara leysan yağıb, Girdimançaydan sel keçib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətin iyunun 7-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qırız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, Yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində Girdimançaydan sel keçib.
İyunun 6-da, saat 23:30 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq”, - Xidmətdən bildirilib.
Oxşar xəbərlər
Bölgələrdə leysan yağıb, dolu düşüb, Girdimançayda sel müşahidə edilb - FAKTİKİ HAVA
İyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Qub...