Bəzi müəlimllərin maaşı nə üçün azdır? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Müəllimlərin motivasiyası ilə əməkhaqqısı arasında əlaqə var. Bilirsiz ki, son dövrlər ölkə başçısının müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqqlarında əsaslı dəyişikliklər edilib. Müəllim əməkhaqısı son dövrlər ən çox artan əməkhaqqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
"Müəllimlərin əməkhaqqısının miqdarına təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər ona görə aşağı maaş alırlar ki, onların saatları çox yuxarı deyil.
Mənə elə gəlir ki, son illər təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər" - o bildirib.
Oxşar xəbərlər
Bu qız hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir - FOTO
Təhsil Nazirliyi Quba rayonuna mediatur təşkil edib. “Report”un əməkdaşının da iştirak etdiyi tədbir çərçivəsində jurnalistlər ilk olaraq şəhid İbrahim Şahmərda...