Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub

Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub
Sosial 241

“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclis Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələləri səsverməyə çıxaraq”, - o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dekabrın 17-də komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər