Bəzi dağ çaylarından daşqın və sel keçəcək

Bəzi dağ çaylarından daşqın və sel keçəcək
Sosial 5

Bakıda və Abşeron yarımadasında iyunun 27-də axşamdan iyunun 28-də səhərədək gözlənilən yağıntı leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.

BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-də axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər