Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
"Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarına əklil qoyulub, onun xatirəsi anılıb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının məzarları ziyarət olunub.
Konfrans iştirakçıları adından "Əbədi məşəl" kompleksinə əklil qoyulub.
Bunun ardınca ziyarətçilər Türk Şəhidliyinə də gedərək, onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Kolbasa sevənlərə BƏD XƏBƏR - Bu məhsullar...
Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və...