Beyin bu yaş aralığında ən yüksək fəaliyyət səviyyəsinə çatır

Yeni elmi araşdırmaya görə, insan beyninin ən yüksək funksional səviyyəsi gənclikdə deyil, 55–60 yaş arasında müşahidə olunur.
BAKU.WS xəbər verir ki, Avstraliyanın Qərb Universitetindən professor Gilles E. Gignac və komandası tərəfindən aparılan və Intelligence jurnalında dərc olunan tədqiqatda beyin fəaliyyətinin 16 psixoloji göstəricisi - məntiqi düşünmə, yaddaş, bilik səviyyəsi, emal sürəti, şəxsiyyət və emosional sabitlik kimi faktorlar - qiymətləndirilib.
Nəticələrə əsasən, bəzi idrak bacarıqları yaşla azalsa da, vicdanlılıq xüsusiyyəti 65 yaşda, emosional tarazlıq isə 75 yaşda zirvəyə çatır. Həmçinin, ahlaki düşünmə və zehni qərəzlərə qarşı müqavimət 70 yaşlara qədər inkişaf etməyə davam edir.
Ümumi olaraq, beyin funksiyalarının 55–60 yaşda ən yüksək səviyyəyə yüksəldiyi, 65 yaşdan sonra tədricən azalmağa başladığı, 75 yaşdan etibarən isə bu azalmanın daha sürətləndiyi müəyyən olunub.
Tədqiqatçılara görə, bu nəticə bir çox lider və menecerlərin 50 yaşlarında ən məhsuldar dövrünü yaşamasını izah edir.
Prof. Gignac bildirib: "Yaş artdıqca bəzi bacarıqlar zəifləsə də, təcrübə, emosional sabitlik və ahlaki düşünmə bu itkini kompensasiya edir və daha balanslı qərarlar verilməsini təmin edir".
Alimlər vurğulayıb ki, orta yaş beyin üçün geriləmə yox, zehni yetkinliyin zirvəyə çatdığı dövrdür.
Oxşar xəbərlər
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...
