Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri bəlli olub

Beşinci Yüksəliş müsabiqəsinin qalibləri bəlli olub
Sosial 75

"Yüksəliş" müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.

BAKU.WS report-a istinadən xəbər verir ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.

Qeyd edək ki, müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər.

Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən "İdarəçi rollar modeli" üzrə qiymətləndiriliblər.

Beşinci mövsümün qaliblərinin adlarını təqdim edirik:

1. Ələsgərov Kamran Tahir oğlu

2. Mustafayev Fərid Vüsal oğlu

3. Sadıxlı Kamran Tahir oğlu

4. Məmmədov İbrahim Allahverdi oğlu

5. Balacanov Məmməd Şahrəddin oğlu

6. Həsənov Məmməd İslam oğlu

7. Daşdiyev Qoşqar Ramiz oğlu

8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu

9. Kərimli Əli İdrak oğlu

10. Mirzəzadə Elnur Ceyhun oğlu

11. Nağıyev Orxan Mayıl oğlu

12. Hüseynov Numrəddin İlham oğlu

13. Hüseynli Mirqəni Mir Kamal oğlu

14. Ağayev Əliağa Əlifağa oğlu

15. Hüseynzadə Ramil Mahmud oğlu

16. Xəlilov Toğrul Mehman oğlu

17. Eyyub Fatimə Elçin qızı

18. Məmmədli Elnur Yasin oğlu

19. Hüseynov Fərid Şahin oğlu

20. Əsgərxanlı İrşad Natiq oğlu

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Son xəbərlər