Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
***12:05
Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.
R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...