Belə olan halda koronavirusa qalib gələ bilərik - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda bir çox dünya ölkələri vaksinasiya prosesini uğurla həyata keçirir. Virusa qarşı reallaşdırılan kütləvi peyvəndlənmə nəticəsində COVİD-19-a yoluxanların və dünyasını dəyişənlərin sayı azalır.
Ölkəmizdə də bu proses uğurla davam etdirilir. Hazırda müəyyən yaş kateqoriyaları üzrə vətəndaşlarımızın kütləvi vaksinasiyası həyata keçirilir.
Mütəxəssislərin fikrincə, koronavirusa tam qalib gəlmək üçün əhalinin 2/3-də kütləvi immunitet yaranmalıdır. Buna görə də hər bir şəxs peyvəndlənmə prosesində fəal olmalıdır.
Bu haqda BAKU.WS-ə danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bu immunitetin insanlarda iki üsulla formalaşdığını bildirib:
“Pandemiyaya qalib gəlmək üçün insanlarda toplu immunitet yaranmalıdır. Bu, iki cür olur: aktiv yaxud passiv.
Virusa yoluxub sağalan insanlarda immunitet aktiv yolla yaranır. Passiv isə peyvənd vurulmaqla yaradılan immunitetdir.
Hər iki halda qanda koronavirusa qarşı anticisimlər formalaşır. Bu da bizi gələcəkdə koronavirus infeksiyasına yoluxmaqdan qoruyur yaxud da xəstəliyi yüngül formada keçirməyə səbəb olur. Bunlar qoruyucu antikorlarla olur.
Ümumiyyətlə, kütləvi immunitetin yaranması üçün cəmiyyətin 2/3-si peyvənd olunmalıdır. Bununla da yoluxmanının ötürücülük qabiliyyəti azalmalıdır. Belə olan təqdirdə biz pandemiyaya qalib gələ bilərik”.
İnfeksionist onu da bildirib ki, immunitet müvəqqəti xarakter daşıyır və xəstəliyin ağırlıq dərəcəsini azaldır. Müəyyən müddətdən sonra anticisimlər gedərək neqativləşir və insanlar təkrar virusla təmasda olduqda yenidən yoluxa bilirlər.
Hazırda ölkədə 2 milyon yaxın insan peyvənd olunub. 1 milyondan çox insana isə artıq ikinci doza vaksin də vurulub. Bu isə orta hesabla əhalinin 20-25%-ni təşkil edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması istiqamətində verdiyi qərarlardan biri də açıq havada maska taxmaq qaydasının ləğv edilməsidir.
Onu da bildirək ki, Azərbaycan bu qərarı tətbiq edən ilk ölkə deyil. İsrail də bir müddət əvvəl açıq havada maska taxmaq qaydasını ləğv edib.
Oxşar xəbərlər
Sərt karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA
Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölə...