Belçikanın XİN başçısı koronavirusa yoluxub
17
okt
2020
18:23
Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.
Vilmes bildirib ki, COVİD-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.
Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.
Oxşar xəbərlər
Bu ölkənin xarici işlər naziri koronavirusa yoluxub
Nigeriyanın xarici işlər naziri Cefri Oneama COVID-19 virusuna yoluxub. BAKU.WS xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində paylaşım edib. O bildirib...