BDU-da işləmək istəyənlərin nəzərinə!
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin (BDU) fakültə və kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir.
Universitetdən BAKU.WS-ə verilən məlumata görə, bunlar Coğrafiya fakültəsində dekan, Əqli mülkiyyət hüququ və Fiziki coğrafiya kafedralarında kafedra müdiri və İqtisadiyyat kafedrasında baş müəllim vəzifələridir.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən 1 ay müddətində, 1996-cı il 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...