BDU-da ilk dərs günündən 105 il ötür
BDU-da ilk dərs günündən 105 il ötür.
BAKU.WS xəbər verir ki, bu barədə universitet paylaşım edib.
2 fakültə, 1094 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan universitetlərinin flaqmanı 16 fakültə, 25000-ə yaxın tələbə, 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yoluna davam edir. Qeyd edək ki, BDU Azərbaycanın ilk ali təhsil müəssisəsidir.
Oxşar xəbərlər
30 manatlıq birdəfəlik maddi yardım 24 min əlilliyi olan şəxsi əhatə edib
Həssas əhali qruplarına dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüs çərçivəsində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə müvafiq kat...