BDU-da COVID-19 pasportuna görə izdiham - AÇIQLAMA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universiteti (BDU) əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.
O qeyd edib ki, mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməyi mümkün deyil:
"Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".
***09:23
Bu gündən Azərbaycanda ali məktəblərdə ənənəvi dərslərə start verilib.
BAKU.WS xəbər verir ki, səhər saatlarından başlayaraq universitetlər və kolleclərin qarşısında tələbə izdihamı yaşanır.
Bir çox ali məktəblər kimi Bakı Dövlət Universitetinin qarşısında da insanlar sıx toplaşıb.
Bu, ali məktəblərdə tələbələrin COVID-19 pasportunun yoxlanması ilə izah olunur.
BDU-nun qarşısındakı vəziyyəti təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...