Bazarda mövsümi meyvələr hansı qiymətə təklif olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
Bazarlarda artıq yay mövsümünün ab-havası hiss olunmağa başlayıb.
Bəs alıcılar hansı qiymətlərlə üzləşirlər?
BAKU.WS xəbər verir ki, bəzi satıcıların Azərbaycan Televiziyasına (AzTV) dediklərinə görə, qiymətlər ötən illə müqayisədə elə də yüksək deyil.
"Çiyələk Şəmkirdən gətirilir, bir kiloqramının qiyməti 5 manatdır", - deyə satıcılardan biri bildirib.
Digər satıcının sözlərinə görə, alçanın kiloqramı 5-8 manat arasında dəyişir.
Bəzi satıcılar isə son vaxtlar yağan yağışların məhsuldarlığa mənfi təsir göstərmədiyini qeyd ediblər.
Onların sözlərinə görə, hazırda bazarlarda ən çox tələbat alça, çiyələk və gilasa müşahidə olunur.
Alıcılar isə bildiriblər ki, aldıqları gilasın bir kiloqramının qiyməti 19 manat olub.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...