Bazarda kiloqramı 6-7 manata kartof satılır
Yeniliklərdən dərhal xəbərdar olun
Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.
Söhbət xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də, yerli bazarlarda bu qiymətə təklif olunur.
Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulun həm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər.
Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.
Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...