Bazarda ən çox satılan qızıl hansıdır? - QİYMƏTLƏR

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,87% artaraq, 2 069,1 ABŞ dollarına bərabər olub.
BAKU.WS-in məlumatına görə, bu bahalaşma Azərbaycandakı qızıl məmulatları bazarına da təsir edib.
Belə ki, ötən illə müqayisədə qiymətlərdə xeyli fərq var.
Bakıda qızıl satışı ilə məşğul olan zərgər Emin İsmayılov BAKU.WS-ə bildirib ki, bazarda alıcılar bahalı qızıl almaq istəmir və buna görə Türkiyə əyarlı qızıllara üstünlük verirlər:
"Ötən illə qiymətləri müqayisə etsək deyə bilərəm ki, qızılın qramında 3-4 dollar (5-7 AZN) bahalaşma var. Açığı bu qədər qızılın qiymətinin bahalaşmasını görməmişdim. Bahalaşma fonunda alıcılar daha çox nisbətən qiyməti ucuz olan və incə qızıla müraciət edirlər. Buna görə, Türkiyə əyarlı qızıllar daha çox satılır.
Bu günə olan qiymətlərə əsasən, 585 əyarlıq (Türkiyə) məhsulun 1 qramı 90 manatdan başlayır. 750 əyarlıq qızılın (İtaliya) isə 1 qramı müştərilərə minimum 120 AZN-lə təklif olunur.
Bazarda Rusiya qızılına tələbat çox azalıb və buna görə bu qızılın 1 qramı 80-85 AZN arasında dəyişir".

Oxşar xəbərlər
Ətin qiyməti yenidən artacaq?
“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən...