Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb
Sosial 18

Bakıda və Abşeron yarımadasında bazar günü hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında yanvarın 26-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda havanın temperaturu 0°-yə düşəcək

Bakıda havanın temperaturu 0°-yə düşəcək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosu B...

1562 Sosial 12:52 20 yanvar 2020

Son xəbərlər