Bakıda havanın temperaturu 0°-yə düşəcək

Bakıda havanın temperaturu 0°-yə düşəcək
Sosial 1562

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosu BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Yanvarın 12-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometerolo...

850 Sosial 13:00 11 yanvar 2020

Son xəbərlər