Bayramın ucuz yarmarkaları - yumurta 10 qəpik, mal əti 7,50, toyuq əti 3,30 AZN (QİYMƏTLƏR)

Bayramın ucuz yarmarkaları - yumurta 10 qəpik, mal əti 7,50, toyuq əti 3,30 AZN (QİYMƏTLƏR)
Sosial 4611
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Novruz - 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib."Report"un Qərb bürosunun məlumatına görə, yarmarka Gəncənin Nizami rayonunun Şeyx Bahəddin küçəsində və Kəpəz rayonunun “Qrand Qafqaz” ticarət kompleksində təşkil olunub.Yarmarkada Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı məhsulları, inək, qoyun və quş əti, un məmulatları, kolbasa və sosiskalar, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim edilib.Ayrılan yer müasir standartlara uyğun formada təşkil olunub, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb.Yarmarkada yumurtanın 1 ədədi 10 qəpiyə, unun 50 kiloqramı 26,50 manata, qoz və fındığın bir kiloqramı 4-6 manata, şabalıd 7 manata, eyni zamanda, mal əti 7,50 manat, qoyun əti 8 manata, toyuq əti 3,30 manata təklif olunur. Kartof və soğanın qiyməti 50-60 qəpik arasında dəyişir.Yarmarkadakı bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq, satışa çıxarılır və bu, hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.“Novruz Bayramı Yarmarkası” Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda 14 ünvanda, habelə ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan isə 21-dək hər gün keçiriləcək.BAKU.WS

Son xəbərlər