Bakı sakinlərinə Novruz müjdəsi: Şəhərin mərkəzində bayram yarmarkası təşkil ediləcək
15
fev
2019
11:55
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək.BAKU.WS xəbər verir ki, yarmarka martın 15-dən 21-nə qədər davam edəcək.Novruz yarmarkası şəhərin mərkəzində - 28 May, Nizami küçəsi 154 B ünvanında (Landmark biznes mərkəzinin yaxınlığında, Azərbaycan-Fransız Universiteti ilə üzbəüz) təşkil ediləcək. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. Bir həftə ərzində keçiriləcək yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Şəhər sakinləri bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər. Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Yeni il qabağı Bakının ən ucuz bazarları işə başlayır (VİDEO)
Sabahdan Bakıda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası işə başlayır. Bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin di...