Bayramından sonra qidalanmaya necə əməl edək? - XƏBƏRDARLIQ
Ramazan bayramından sonra qidalanma rejiminə düzgün keçid etməmək həzm problemləri və ümumi narahatlıqlara səbəb ola bilər.
BAKU.WS-in məlumtına görə, mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddətli orucdan sonra orqanizmə birdən-birə ağır və yağlı qidalar yükləmək sağlamlıq risklərini artırır.
Dietoloqlar bildirir ki, bayram günlərində ən çox rast gəlinən səhv həddindən artıq şirniyyat və yağlı yeməklərin qəbuludur. Bu isə mədə-bağırsaq sistemində narahatlıq, köp, həzmsizlik və qan şəkərinin kəskin artımı ilə nəticələnə bilər.
Ekspertlərin sözlərinə görə, qidalanmaya tədricən keçid əsas şərtdir. İlk günlərdə yüngül və asan həzm olunan qidalara üstünlük verilməlidir. Xüsusilə şorba, tərəvəz yeməkləri, qatıq və az yağlı zülal mənbələri məsləhət görülür.
Bundan əlavə, kifayət qədər su qəbul etmək vacibdir. Oruc dövründə dəyişən su balansını bərpa etmək üçün gün ərzində 1,5–2 litr su içmək tövsiyə olunur.
Mütəxəssislər həmçinin porsiyalara nəzarət etməyi və gün ərzində az-az, lakin tez-tez qidalanmağı məsləhət görür. Şirniyyatların miqdarını azaltmaq, qazlı və şəkərli içkilərdən uzaq durmaq da vacib hesab olunur.
Həkimlər vurğulayır ki, fiziki aktivliyi tədricən artırmaq və yüngül gəzintilər etmək həzm sisteminin normallaşmasına kömək edir.
Qeyd olunur ki, düzgün qidalanma rejimi yalnız bayramdan sonrakı dövr üçün deyil, ümumi sağlam həyat tərzinin qorunması üçün də mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri
Bu gün paytaxtda demək olar ki, addımbaşı çoxmərtəbəli yaşayış binalarına rast gəlmək mümkündür. Bu binalarda yaşayan vətəndaşların əksəriyyəti ya "plug-in" hib...