Bayram və qeyri-iş günlərində gözlənilən HAVA PROQNOZU

Bayram və qeyri-iş günlərində gözlənilən HAVA PROQNOZU
Sosial 118

Bayram və qeyri-iş günlərində respublika ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 26-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-30-dək əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də, əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.

Mülayim şərq küləyi əsəcək.

Respublika üzrə ən yüksək temperatur Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında 30-35° isti olacağı gözlənilir.

Nisbətən mülayim hava Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 27-32° isti olacaq.

Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq.

Ayrı-ayrı bölgələr üzrə isə aşağıdakı məlumatlar təqdim olunur.

Balakən-Şəki rayonlarında

Hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin 27-29-da əsasən gündüz saatlarında qəsamüddətli yağış yağacağı ehtimalı var.

Quba-Xaçmaz rayonlarında

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 28-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Qazax-Gəncə rayonlarında

İyunun 26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında

Hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Lənkəran-Astara rayonlarında

Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək.

Lerik-Yardımlı rayonlarında

Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək.

Lakin 28-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.

Mərkəzi Aran rayonlarında

Yağmursuz hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi 28-də arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.

Oxşar xəbərlər

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağ...

567 Sosial 15:09 05 may 2023

Son xəbərlər